Bakının Sabunçu rayonunda qaraj yanıb. Bu haqda bu gün, 9 mart tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 10 kv.m olan dəmir qarajın taxtadan ibarət konstruksiyaları və qarajda olan əşyalar yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Yaxınlıqda olan tikililər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.
Daha bir oxşar hadisə bu gün həmin rayon ərazisində baş vermişdir. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin mətbəxinin taxtadan ibarət tavanı yanmışdır.