Bakıda gənc oğlan bıçaqlanıb. Bu haqda 17 mart tarixində APA məlumat verib.
Sabunçu rayonu, Qambay Vəzirov küçəsində 30 yaşlı Nahid Quliyev tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona bıçaq zırbələri vurulub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.