Sabunçu rayonunda blogeri bıçaqlayan şəxs həbs edilib. Bu haqda 25 fevral tarixində APA məlumat verib.
Balaxanı qəsəbəsində 24 yaşlı Əvəz Şıxməmmədov əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bıçaqla öldürülüb. Təqsirkar saxlanılıb və törətdiyi əməli etiraf edib. O, sərxoş olduğunu və aralarında yaranan mübahisə zəminində əməli törətdiyini bildirib.
Faktla bağlı cinayət işi başlayıb. Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə Əmrulla Güləliyev barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri aparılır.