Bakıda ev yanıb. Hadisə Sabunçu rayonunda baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 7 fevral tarixində xəbər verir.
Rayon ərazisində ümumi sahəsi 110 kv. m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 12 kv. m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından muhafizə olunub.