Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb. Bu haqda 11 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonunda evlərin birindən 1800 manat dəyərində məişət əşyaları və elektrik sayğacı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Balayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.