Bakıda evi qarət edən şəxs saxlanılıb. Bu barədə 19 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonunda yanvarın 13-də evlərin birindən 2500 manat pul oğurlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.İbadullayev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.