Sabunçu rayonunda ev qarət olunub. Bu haqda 8 aprel tarixində Report məlumat verib.
Maştağa qəsəbəsi ərazisindəki 4 evdən ayrı-ayrı vaxtlarda pul, 15 min manat dəyərində 5 ədəd qapı, 14 ədəd xalça, kombi, radiator, su qızdırıcısı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.