Bakıda yük maşını yanıb. Bu haqda 7 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sabunçu rayonunda “Ford” markalı yük avtomobilində yanğın baş verib. Avtomobilin yük yerinə yığılan 1 ton ağac kömürünün 70 kiloqramı və qismən avtomobilin salonu yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, nəqliyyat vasitəsi və yükün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.