Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 13 aprel tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 24 yaşlı İlfat Qasımov mübahisə zəminində bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralının kürəyindən bıçaqlanması müəyyən edilib.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.