Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən zibil qutularının birində hərbi sursatlar aşkar edilib. Bu haqda bu gün, 12 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Ərazidə olan mülki vətəndaşlar təxliyə edilib.
Ümumilikdə, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd M-75 qumbarasının partladıcısı, 1 ədəd DM-11 tüstü minası və 60 ədəd müxtəlif çaplı patron aşkar edilib. Tapılan silah-sursat ərazidən kənarlaşdırılıb.
Baxış zamanı həmin sahədə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
[URIS id=33289]