Keçmiş məhkumun həyətində çətənə kolu aşkarlanıb. Bu haqda 27 iyun tarixində APA məlumat verib.
Sabunçu rayonu, Maştağa qəsəbə sakini F.Babayevin yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15.367 ədəd çətənə kolu tapılıb. O, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.