Bakıda arvadını qətlə yetirən kişinin məhkəməsi başlayır. Bu haqda 31 mart tarixində Report məlumat verib.
Sabunçu rayonu, Pirşağı qəsəbəsində ötən ilin noyabr ayında 32 yaşlı Şəhriyar Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqlayaraq öldürüb.
Faktla bağlı Ələsgərov barədə Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.