Paytaxtın Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli evin birinci mərtəbəsi 10 kv.m sahədə yanıb. Tikilinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.