AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqlər keçirib. Bu haqda 18 mart tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
AQTA pandemiya dövrünün tələblərinə nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 28B ünvanında yerləşən, fiziki şəxs Yusif Əliyevə məxsus kafedə nöqsanlar aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.