Paytaxtın Sabunçu rayonunda silah-sursat aşkarlanıb. Bu haqda bu gün, 21 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Baş Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini V.Miqunovun üzərindən 40 qram tiryək və 1 ədəd avtomat patronu aşkarlanıb.
Daha sonra onun Sabunçu rayonu ərazisində yerləşən dəmir yolu stansiyasında “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron gizlətdiyi məlum olub.
Araşdırmalar davam edir.