Bakının Sabunçu rayonunda kişi yanaraq dünyasını dəyişib. Bu haqda bu gün, 20 iyun tarixində Lent.az məlumat verib.
Propan balonunun qəfil alışması nəticəsində 54 yaşlı Mübariz Əliyev ağır yanıq xəsarətləri alıb. O, dərhal Respublika 5 saylı Yanıq Mərkəzinə çatdırılıb. Hadisə nəticəsində Əliyevin bədəninin 95 faizi yanıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.