Bakıda su kanalında kişi meyiti tapılıb. Bu haqda 11 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Sabunçu rayonunda, su kanalında kişi meyiti aşkar olunub. Meyiti çıxarmaq üçün hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Tədbirlər nəticəsində 53 yaşlı Məhəmməd Mehdiyevin meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.