Sabunçu rayonunda piyadanı avtomobil vuraraq öldürüb. Bu haqda 27 iyun tarixində APA məlumat verib.
Zabrat qəsəbəsi, 1-ci Tramvay küçəsində yolu keçən 33 yaşlı Fərhad Həsənovu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.