Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, liftlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Nürəddin Abıyev rayon ərazisində yerləşən 10-a yaxın hündürmərtəbəli binanın liftlərinin naqillərini oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.