Paytaxtın Sabunçu rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in əməkdaşları müraciət əsasında bağlı qapını qıraraq sözügedən mənzilə daxil olublar və içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.
Mərhumun şəxsiyyəti dəqiqləşdirilir.