Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
C.Bəşirovun idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi Mərd İsmayılovun idarə etdiyi “Moon” markalı mopedlə toqquşub. Nəticədə sonuncu xəstəxanada dünyasını dəyişib.
Araşdırmalar davam edir.