Paytaxtın Sabunçu rayonunda narkotik alverçiləri tutulub. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini E.Fərəcov və Z.Mustafayevdən heroin aşkarlanıb. Onların Sabunçu qəsəbəsindəki evlərində isə 12.680 manat və 400 ABŞ dolları pul, 1000 manat dəyərində qızıl-zinət, 7000 manat dəyərində məişət əşyaları, geyim və su qızdırıcısı tapılıb. Onların oğurluqla məşğul olduqları ehtimal olunur.
Hər iki şəxs saxlanılıb. Araşdırmalar davam edir.