Paytaxtın Sabunçu rayonu, Zabrat və Pirşağı qəsəbələrində narkotik alverinə qarşı əməliyyat zamanı 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 15 yanvar tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Abşeron rayon sakini Röyal Yusibov Zabrat qəsəbəsində təyin edilən ərazidən narkotik maddələri götürən zaman tutulub. Narkokuryerin üzərindən 3 kiloqram marixuana və 515 qram heroin aşkarlanıb.
O, İnstagram sosial şəbəkəsindən tanış olduğu xarici ölkə vətəndaşının vasitəçiliyi ilə narkokuryerlik etdiyini bildirib.
Daha iki nəfər, Xəyal Abdullayev və Seymur İslamov isə Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin alverində şübhəli bilinərək saxlanılıblar.
Faktlarla bağlı araşdırmaralar davam edir.
[URIS id=29736]