Sabunçu rayonunda jurnalistin maşınından oğurluq olunub. Bu haqda 9 fevral tarixində Oxu.az xəbər verib.
Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsində jurnalist İlkin Muradovun avtomobili qarət olunub. O iddia edir ki, narkomanlar onun maşınının şüşəsini sındıraraq maşında olan “power bank”ı oğurlayıblar.
Faktla bağlı araşdırma davam edir.