Bakının Sabunçu rayonunda narkotiklə saxlanılan B.Abdullayev rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində məişət əşyaları oğurlayıb. Bu haqda Bakuplus.az bu gün, 3 mart tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, narkotik vasitəsi ilə saxlanılan B.Abdullayev naməlum şəxs ilə birgə rayon ərazisində yerləşən evdən 9000 manat dəyərində məişət əşyaları oğurlayıb.
Hazırda axtarış tədbirləri davam etdirilir.