13 sentyabr tarixində Sabunçu rayonunda avtomobil oğurlayan şəxs saxlanılıb.
Sentyabrın 5-də İ.Rəhimova aid “VAZ-2106” markalı avtomobil qaçırılmışdır. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini M.Qafarov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.