Bakı sakininə qarşı quldurluq edən 2 nəfər tutulub. Bu haqda 12 yanvar tarixində APA məlumat verib.
Yanvarın 9-da paytaxt sakini Sahib Tağızadə Ramana qəsəbəsində əvvəlcədən sosial şəbəkədən Kənan Əliyev kimi tanıdığı şəxslə, ondan "Skottish" cinsli pişiyi götürərək cütləşdirmək məqsədi ilə görüşüblər. Lakin Əliyev tək gəlməyib, özünlə tanımadığı insanı gətirib. Onlar yol gedən zaman tanımadığı şəxs Sahib Tağızadənin üz nahiyəsinə kəllə zərbəsi vurub və zor tətbiq edərək onun "Redmi 6" mobil telefonunu və maaş kartını əlindən alaraq qaçıb. Oğru ilə bir yerdə Kənan Əliyev də hadisə yerindən uzaqlaşıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yaşlı Məhəmməd Əliyev və 19 yaşlı Kənan Abdullayev saxlanılıblar. Faktla bağlı cinayət işi açılıb.