Bakının Sabunçu rayonu, Zabrat-Məhəmmədi şosesində 9 iyun gecə saatlarında dava zamanı 19 yaşlı Sübhan Səfərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 10 iyun tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.
Verilən məlumata əsasən, mərhum Sübhan Səfərov dava zamanı ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.
Hadisə yerinə polis və prokurorluğun əməkdaşları cəlb edilib. Həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri nəticəsində 19 yaşlı İlham Xanlarov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.