Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 23 aprel tarixində APA məlumat verib.
Balaxanı qəsəbəsində ticarət mərkəzindən çıxan 53 yaşlı Araz Əhmədov yolu keçərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.