Bakının Sabunçu rayonunda bu gün, 1 fevral gecə saatlarında piyadaların iştirakı ilə üç yol qəzası baş verib.
Saat 01:00 radələrində 23 yaşlı Səma Nəcəfli yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı sağ biləyin sınığı ilə xəstəxanaya aparılıb.
Saat 04:00-da Bakıxanov qəsəbəsində 21 yaşlı Faiq İbadzadəni avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Daha bir hadisə saat 06:00 radələrində həmin rayonun ərazisində baş verib. 61 yaşlı Tahirə Abdullayeva və onun qızı 33 yaşlı Şəfa Abdullayeva yolu keçərkən onları avtomobil vurub. Hər iki qadın xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.