Paytaxtın Sabunçu rayonunda pəncərə sexində yanğın baş verib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 800 kv.m olan müəssisənin dam örtüyü 7 kv.m sahədə yanıb. Tikilinin digər hissəsinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.