Bakıda qaraçı oğlan bıçaqlanıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonunda 21 yaşlı Sabir Salmanov mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralının bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
O, əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.