Sabunçu rayonunda quldurluq edən şəxs saxlanılıb. Bu haqda 8 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ramana qəsəbəsində martın 6-da restoranların birində naməlum şəxs qəsəbə sakini A.Zakirovu bıçaqla hədələyərək mobil telefonunu əlindən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İmanov saxlanılıb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.