Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində silahlı narkotacir tutulub. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.
Polis idarəsinə daxil olan məlumat əsasında Zaur Əfəndiyev saxlanılıb. Onun yaşadığı mənzildə 1 kiloqramdan artıq narkotik maddə, 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
O, qəsəbə ərazisində narkotik alveri ilə məşğul olduğunu etiraf edib. Araşdırmalar davam edir.