Bakıda məktəbdən oğurluq edilib. Bu haqda 10 iyun tarixində APA məlumat verib.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd notbuk, 2 ədəd monitor, 2 ədəd lobzik, bir idman zalından 800 manat pul, notbuk, qol saatı, skaner, “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində 3 ədəd cilalama maşını və 2 ədəd burğu oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.