Bakının Sabunçu rayonunda taksi sürücüsü döyülüb. Bu barədə APA bu gün, fevralın 23-də məlumat verib.
38 yaşlı Sənan Qasımov müştərini Bakıxanov qəsəbəsində qeyd olunan ünvana çatdırıb. Lakin eniş zamanı sərnişinlə sürücü arasında mübahisə yaranıb. Münaqişə nəticəsində taksi sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu RPİ 14-cü polis bölməsi tərəfindən araşdırma aparılır.