Bakıda yük avtomobili yanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 5 avqust tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonunda “Ford” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan tikinti materialları yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.