Paytaxtın Sabunçu rayonunda birmərtəbəli yaşayış evi yanıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 50 kv.m olan tikili 25 kv.m sahədə alışıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.