Paytaxtın Sabunçu rayonunda yanğın baş verib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan taxta tikili tamamilə yanıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.