Paytaxtın Sabunçu rayonu, Bünyatzadə küçəsində yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
16 yaşlı Kənan Vəliyev 28 avqust tarixində yaşadığı evdən çıxıb və bir daha ondan xəbər almaq mümkün olmayıb.
Daha bir nəfər Nərimanov rayonunda itkin düşüb. Bu haqda Bakuplus.az Oxu.az-a istinadən xəbər verir. Nənəsinin himayəsində olan 14 yaşlı Fatimə Məmmədova evdən çıxıb və geri qayıtmayıb.
Onların axtarışları davam edir.