Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az “Apa”ya istinadən xəbər verir.
Bakı sakini Rəfail Qəhrəmanov sürücüsü olduğu “London taksi”si ilə yolu keçən 30 yaşlı Nurlan Hümbətov və 23 yaşlı Namiq Nəcəfovu vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.