Bakının Sabunçu-Zabrat yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 14 aprel tarixində Trend məlumat verib.
Bildirilir ki, yolda hərəkət edən “VAZ-2106” markalı maşın “Hyundai” markalı avtomobillə toqquşub.
Xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib. Hadisə nəticəsində yolda güclü tıxac yaranıb.