Bakıda yaşlı kişi meyiti aşkarlanıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 17 may tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində 68 yaşlı Oqtay Haqverdiyevin çürümüş meyiti yaşadığı evdə tapılıb. Onun, evdə yıxılaraq öldüyü bildirilir.
İlkin məlumata görə, meyit 3 gün evdə qaldığı üçün çürümə prosesi gedib.
Hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.