Bakının Sabunçu qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 21 may tarixində APA məlumat verib.
Alışma Yefim Saratov küçəsində yeləşən evdə başlayıb. Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun bitişik evlərə keçməsinin qarşısı alınıb.
Qonşuların sözlərinə görə, yanğın zamanı evin sakinləri evdə olmadığına görə xəsarət alan olmayıb. Hadisə yerinə baxış zamanı yanğının mətbəxdə başladığı məlum olub. Evdəki bütün əşyalar yanaraq külə dönüb.
[URIS id=45351]