Kafedə əxlaqsızlıq yuvası təşkil edən qadın tutulub.
Bu barədə DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Sabunçu qəsəbəsi ərazisində Balakən rayon sakini Sona Cumayeva kafeni icarəyə götürüb və həmin yeri əxlaqsızlıq yuvasına çevirib. Məlum olub ki, qadın əvvəllər də fahişəliyə cəlbetmə və əxlaqsızlıq yuvaları saxlamağa görə məhkum olunub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin “Fahişəliyə cəlbetmə” və “Əxlaqsızlıq yuvaları saxlama” maddələri ilə cinayət işi başlayıb. Hal-hazırda istintaq hərəkətləri davam etdirilir.