Bakıda avtomobillə toqquşan mopedin sürücüsü dünyasını dəyişib. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 13 avqust tarixində xəbər verir.
Bildirilib ki, hadisə avqustun 12-si saat 17:00 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Paytaxt sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun idarə etdiyi moped toqquşub.
Nəticədə Q.Əhmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.