Sabunçu rayonunda paytaxt sakinini qarət edən şəxs tutulub. Bu haqda 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində iyunun 4-də bir nəfər Bakı şəhər sakini İ.Bəşirzadəyə qarşı zor tətbiq edərək, içərisində pulu və sənədləri olan çantasını oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Mailov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.