Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu qəsəbəsində mayın 30-da saat 23:00 radələrində yolu keçən Bakı şəhər sakini Səməd Abbasovu Cəbrayıl rayon sakini H.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.