Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Report məlumat verib.
60 yaşlı Sədaqət Hüseynova yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə gələn təcili tibbi yardım onu xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma aparılır.