Bakıda həyat yoldaşını döyən şəxs özünü bıçaqlayıb. Bu haqda 14 aprel tarixində APA məlumat verib.
Zabrat qəsəbəsi, Tramvay küçəsində yaşayan 37 yaşlı Rza Hacıyev ilk öncə arvadını döyüb, daha sonra əməlindən peşman olaraq intihara cəhd edib. O, mətbəx bıçağı ilə özünə bir neçə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.